AZ

Paşinyan Gürcüstanda işgüzar səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.

"Yeni Sabah" Ermənistan KİV-ə istinadən xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Paşinyanın aparatından bildirilib ki, o, martın 4-də Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci sessiyasında iştirak edəcək. Həmçinin Ermənistan və Gürcüstan Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidzenin görüşü planlaşdırılır./Report


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

6Mənbələr