AZ

Professor: Birinci Türkoloji Qurultay türk xalqlarının elmi inkişaf yolunu müəyyənləşdirib

Bakı, 3 mart, AZƏRTAC

Birinci Türkoloji Qurultayda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid məsələsi, türk xalqlarının tarixi-etnoqrafik və linqvistik problemlərinin həlli, eləcə də keçmiş SSRİ ərazisində yaşayan türk xalqlarının mədəni və elmi inkişaf perspektivləri müəyyənləşdirilib. Məhz bu səbəbdən Qurultay bəzən “Əlifba Qurultayı” kimi də xatırlanır.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-da keçirilmiş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (ASSA) prezidenti, professor Ahmet Nuri Yurdusev deyib. O bildirib ki, 17 iclası baş tutan Birinci Türkoloji Qurultayın əsas müzakirə mövzuları ədəbi dil, tədris metodikası və xüsusilə əlifba məsələsi olub: “Qurultay türk xalqlarının həyatında müstəsna rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının və incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi və inkişaf etdirilməsi üçün yeni üfüqlər açıb. Birinci Türkoloji Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının böyük olduğunu bir daha sübuta yetirib”.

Seçilən
1
1
azertag.az

2Mənbələr