AZ

Nazir müavini: Son 4 ildə orta məktəblərə 200 mindən artıq kompüter verilib

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda ucqar olub-olmamasından asılı olmayaraq bütün təhsil müəssisələri internetə qoşulub. Son 4 ildə məktəbdə internetdən istifadə etməyə imkan verən cihazlarla bağlı çox ciddi dəyişikliklərə nail olmuşuq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib. O bildirib ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq orta məktəblərə 200 mindən artıq kompüter verilib: “Bu, həqiqətən də ciddi dönüş nöqtəsidir. Çünki əvvəllər məktəblərdə belə mühit olmayıb. Biz düzgün tədris prosesini qurmağa müəllimlərlə birlikdə nail olmuşuq. Bu proses mərhələli şəkildə bütün məktəblərə tətbiq olunacaq.

2020-ci ildə şagird-kompüter nisbətimiz 32/1 idisə, bu gün artıq bu say 8/1, 6/1-ə enib. Bundan da artıq məktəblərdə növbəti addım müəllimlərin cihazlarla təmin olunması, məktəblərin simsiz rabitə ilə təmin edilməsidir”.

Seçilən
35
2
azertag.az

3Mənbələr