ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Avropa çempionu və dünya mükafatçısı olan Azərbaycan cüdoçusu Elcan Hacıyevə cəza tətbiq olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi və yığmanın performans direktoru Riçard Trautman bildirib.
O, 23 yaşlı idmançının intizamı pozduğunu söyləyib:
"Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozurlar. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub".
R.Trautman E.Hacıyevin böyük potensialının olduğunu sözlərinə əlavə edib:
"Onun böyük potensialı var, Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmanı dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək".
Xatırladaq ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb. O, 2025-ci ildə isə dünya çempionatında bürünc mükafata sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.