AZ

Həkim bədəni səssizcə zəhərləyən məhsullar barədə xəbərdarlıq etdi

Qastroenteroloq Saurabh Sethi gündəlik həyatda istifadə olunan bəzi qidaların bədəni səssiz şəkildə zəhərləyə biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, Mirror-a açıqlamasında çiyələyin pestisid tərkibinə görə ən riskli meyvələrdən biri olduğunu bildirib. Həkimin sözlərinə görə, bu kimyəvi qalıqlar hormon balansına təsir edə və bədəndə yığılaraq uzunmüddətli sağlamlıq riskləri yarada bilər.

Sethi həmçinin butulkalanmış suda yüksək miqdarda mikroplastik tapıldığını və bu hissəciklərin mədə-bağırsaq sisteminə potensial təsirlərinin hələ də araşdırıldığını vurğulayıb. Onun fikrincə, konservləşdirilmiş balıqlarda ola biləcək ağır metallar sinir sisteminə zərər verə bilər, çipslərdəki kanserogen birləşmələr və ultra emal olunmuş ətlərin bağırsaq mikrobiomuna təsiri isə əlavə risk yaradır.

Həkim süni rəngləndiricili konfetlərin də həddindən artıq istehlakının təhlükəli olduğunu bildirərək qeyd edib ki, məqsəd qorxutmaq deyil, insanlarda şüurlu qidalanma vərdişinin formalaşmasına yardım etməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr