AZ

İran müharibəsi Avropanı da “vurdu”: “İnflyasiya artacaq, iqtisadi aktivlik...”

İranla müharibənin başlanğıcından bəri Böyük Britaniyada benzin qiymətləri 93 faiz artıb.

Bu barədə “Clash Report” hesablama aparıb. Yaxın Şərqdə artan münaqişə fonunda Avropada benzin qiymətləri yenidən 30 %-dən çox artıb.

Bu arada, neft qiymətləri 5 % artıb.Maraqlıdır, iqtisadiyyatda növbəti bu cür bahalaşma Avropa iqtisadiyyatına hansı mənfi təsirləri göstərə bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, müharibənin Avropa iqtisadiyyatına təsiri artıq hiss olunmaqdadır:

“Hazırda dünya bazarında 1000 kubmetr qazın qiyməti uzun müddətdən sonra 700 dollara qədər yüksəlib. Bu, son illərin rekord göstəricisidir. Bildirim ki, bu gün Qətər mayeləşdirilmiş qazın Avropaya ixracını 50 faiz azaldacağını bəyan edib. Əlbəttə, bu Avropada enerji daşıyıcılarının yenidən bahalaşmasına gətirib çıxaracaq. Eyni zamanda, neftin qiymətinin artması da Avropada sənaye istehsalına mənfi təsir göstərəcək.

Hazırda Avrozonada enerji daşıyıcılarının qiymətlərinin bahalaşması, logistika problemlərinin yaranması və təchizatla bağlı gecikmələr nəticə etibarilə inflyasiya təzyiqini artırır, bu da iqtisadi inkişafı zəiflədir.

Xatırladım ki, Avropa İnkişaf Bankının dünən açıqladığı məlumatlara görə, Avrozonadakı iqtisadi göstəricilərə yenidən baxılacaq. İnflyasiya proqnozu 0,5 bənd artırılacaq, iqtisadi artım göstəricisi isə 0,1 bənd azaldılacaq.

Yəni inflyasiya artacaq və iqtisadi aktivlik zəifləməyə başlayacaq. Təbii ki, bunlar Avropanın həm sənayesinə, həm də daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək”.

Ekspert qeyd edir ki, pərakəndə satış bazarlarında benzinin qiymətinin bahalaşması, mənzil təsərrüfatları üzrə xərclərin artması da inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Bu isə Avropa İttifaqı ölkələrinin iqtisadi baxımdan geriləməsinə səbəb ola bilər.

Seçilən
75
1
cebheinfo.az

2Mənbələr