AZ

Maykl Rubin: ABŞ İranda bu şəxsləri hakimiyyətə gətirmək istəyir

“Keçmiş prezidentlər Məhəmməd Xəttami və Həsən Ruhani, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bəlkə də qəsdən sağ qalıblar. Bəlkə bunlardan biri hakimiyyətə gətirildi”.

Ölkə.az xəbər verir ki, bunu Amerikalı tədqiqatçı və İsrail üzrə mütəxəssis Maykl Rubin  ABŞ və İsrailin iki  sabiq prezidentinə və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaniyə toxunulmaması məsələsinə aydınlıq  gətirərkən deyib.

Bu üç şəxsdən hər hansı birinin hakimiyyətə gətirləyəcəyi təqdirdə İranın ABŞ-yə tabe olmayacağından narahatlığını  dilə gətirən Maykl Rubin deyib ki, əgər Tramp bu üç nəfərdən birini Venesuela kimi keçid hökumətinə rəhbər təyin etməyə çalışarsa, ABŞ və İsrail məyus olacaq.

“Hatəmi İran daxilində olduğundan daha çox xaricində məşhurdur.
Ruhani rejimə sadiq bir fiqurdur və Trampın sona çatdırmaq istədiyi İranın nüvə proqramına əsasən cavabdehdir. Laricani Xameneinin sağ əli olmasa da, müşaviri idi.
Bu inqilabı başladan İran xalqı köhnə rejimin liderlərinə etibar etməyəcək və hətta onlara tabe olmayacaq”, - deyə o bildirib.

Mürtəza

Seçilən
106
2
olke.az

3Mənbələr