AZ

Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır RƏSMİ

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniyada Çin istehsalı olan elektrik avtomobilləri ilə bağlı təhlükəsizlik tədbirləri sərtləşdirilir.

Avtosfer.az xəbər verir ki, Almaniyanın bəzi dövlət qurumları Çin istehsalı nəqliyyat vasitələrinin strateji ərazilərdə yerləşən dayanacaqlara girişini məhdudlaşdırmağa başlayıb. Oxşar təcrübələrin digər Avropa ölkələrində də müzakirə olunduğu bildirilir.

Məlumata görə, Almaniyanın təhlükəsizlik orqanları Çin istehsalı olan elektrik avtomobillərinin proqram təminatını texniki təhlilə cəlb edib. Təhlilin nəticələri ictimaiyyətə açıqlanmasa da, əldə edilən məlumatlar əsasında Almaniya Silahlı Qüvvələri və Federal Kəşfiyyat Xidməti (BND) müəyyən məhdudiyyətlərin tətbiqinə qərar verib.

Qeyd olunur ki, təhlükəsizlik qurumları bu nəqliyyat vasitələrini “hərəkətdə olan təhlükəsizlik zəiflikləri” kimi qiymətləndirir. İddialara görə, yüksək texnoloji imkanlara malik avtomobillər ətraf mühiti xəritələşdirmək və məlumat toplamaq potensialına sahib ola bilər. Bu səbəbdən Berlində yerləşən Müdafiə Nazirliyi və xarici əməliyyatların idarə olunduğu komandanlıq qərargahı kimi həssas ərazilərdə Çin istehsalı olan avtomobillərin parklanmasına məhdudiyyət qoyulub. Eyni zamanda, BND əməkdaşlarına məxsus bu markalı nəqliyyat vasitələrinin qurumun dayanacaqlarına buraxılmadığı bildirilir.

Məlumatlara əsasən, Almaniya ilə yanaşı Birləşmiş Krallıq və Polşa da oxşar təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Mütəxəssislər hesab edirlər ki, müasir elektrik avtomobillərinin geniş sensor və proqram təminatı imkanları kəşfiyyat və məlumat təhlükəsizliyi baxımından əlavə risklər yarada bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr