AZ

ABŞ raketi səhvən İordaniya hərbi bazasını VURDU – VİDEO

ABŞ-ın “Patriot” sistemi səhvən İordaniya hərbi bazasını vurdu

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi İordaniyanın Muvaffaq Salti aviabazasına təsadüfən zərbə endirib. Hadisənin raket-tutucu qurğuda yaranan texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.

Məlumata görə, qəza nəticəsində hərbi bazanın yerləşdiyi ərazidə elektrik enerjisinin verilişində lokal kəsintilər qeydə alınıb. Eyni zamanda, ərazidə zərərsizləşdirilən İran raketinin qalıqlarının bazanın yaxınlığına düşdüyü müşahidə edilib.

Hazırda hadisənin təfərrüatları araşdırılır və hərbi obyektdə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr