AZ

“Berdıyev çox yaxşı məşqçidir” – Türkiyə millisinin sabiq hücumçusu

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Hasan Kabze Rusiya mətbuatına açıqlama verib.

Msport.az xəbər verir ki, “Rubin”in heyətində iki dəfə Rusiya çempionu olan veteran futbolçu hazırda “Turan Tovuz”u çalışdıran Kurban Berdıyev barədə də danışıb.

Hasan Kabze Kazan klubunda məhz Berdıyevin rəhbərliyi altında oynayıb:

“Berdıyev uğur üçün “ac” məşqçidir. İntizamlıdır, Yaxşı taktikdir. Onu çox sözlə təsvir edə bilərəm, amma demək istəyirəm ki, Berdıyev heç vaxt gülmür.

O, futbolçulara çox şey öyrədib. Məsələn hücumda oynayan bilirdi ki, müdafiədə necə davranmalıdır. Müdafiəçisi isə bilirdi ki, hücumda nə etməlidir. Bu, komanda üçün çox vacib amildir. Berdıyev çox yaxşı məşqçidir”.

Seçilən
13
msport.az

1Mənbələr