AZ

MÜTDA: 120 minə yaxın şagird qiymətləndirmədə iştirak edib

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Fevralın 9–28-i tarixlərində 5-ci sinif şagirdləri üçün rəqəmsal bacarıqların mövcud səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə informatika fənni üzrə elektron diaqnostik qiymətləndirmə həyata keçirilib.

Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 118 137 şagird qiymətləndirmədə iştirak edib.

Təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər genişləndirilir, şagirdlərin müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.

Belə ki, qiymətləndirmə 5-ci siniflərdə rəqəmsal savadlılığın ölçülməsi, təhsilin keyfiyyətinin artırılması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və nəticələrin sistemli şəkildə təhlil olunmasına xidmət edir. Əldə olunan nəticələr tədris prosesinin daha da təkmilləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində atılacaq addımların planlaşdırılması üçün əsas kimi istifadə ediləcək.

Qeyd edək ki, qiymətləndirmənin əsas məqsədi şagirdlərin rəqəmsal bacarıqlar üzrə bilik və bacarıq səviyyəsini yüksəltmək, aşağı nəticə göstərən şagirdlərin payını azaltmaq və yüksək nəticə göstərənlərin sayını artırmaqla ümumi keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu yanaşma rəqəmsal savadlılığın davamlı inkişafını təmin etməyə yönəlib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Təhsil

Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək

Təhsil

Sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyi üzrə tədqiqatlar aparılıb

Təhsil

Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb

Təhsil

Yeni peşə mərkəzi əmək bazarı üçün müasir kadr hazırlığını gücləndirir -EKSPERT DANIŞDI

Təhsil

“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib - FOTOLAR

Təhsil

“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub

Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatına sədr seçilib

Təhsil

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Təhsil

ABŞ universitetlərə verdiyi xarici maliyyələşdirməni açıqlayıb...

Təhsil

"BİR ŞƏHİDİN KİTABI" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

Təhsil

“Azərbaycanda peşə təhsili davamlı inkişaf və iqtisadi tərəqqinin təməlidir” - DEPUTAT DANIŞDI

Təhsil

"Peşə təhsili regionların iqtisadi inkişafına təkan verir" - ŞƏRH EDİLDİ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
8
sia.az

10Mənbələr