AZ

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil sahibi olmaq "Xalq Bank"ın təqdim etdiyi yeni kredit kampaniyası ilə daha əlçatandır.

"Unikal" xəbər verir ki, 30 iyunadək tərəfdaş avtodiler salonlarından elektrik/hibrid mühərrikli avtonəqliyyat vasitələrini 59 ayadək və illik 13%-15%-lə, digər mühərrikli avtonəqliyyat vasitələrini illik 14%-15%-lə kreditlə əldə etmək mümkündür. Həmçinin kreditin rəsmiləşdirilməsi anında elektrik mühərrikli avtonəqliyyat vasitəsinin istehsal tarixi 1 il və ya ondan az olduqda ilkin ödəniş 20% təşkil edəcək. 

Daha ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil keçid edərək tanış olmaq mümkündür.

Həmçinin "Xalq Bank"da ölkə xaricinə həyata keçirilən təyinatı avtomobil nəqliyyatı ilə bağlı (avtomobil nəqliyyatının və onun ehtiyat hissələrinin alışı, daşınması, hərracda iştirak) olan köçürmələr üzrə xidmət haqqına endirim tətbiq edilərək 0,2% (min. 50 USD/25 EUR; maks. 300 USD/EUR) olaraq müəyən olunub. 

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
unikal.az

6Mənbələr