Metbuat.az xəbər verir ki, siyasətçi Əli Xameneinin qətlə yetirilməsinə kəskin etiraz edib. O, ali rəhbərin öldürülməsini “alçaqlıq və hörmətsizlik” adlandırıb. Bu qətlin bölgədə gərginliyi daha da artırdığını vurğulayan Baxçalı bu cür hücumların beynəlxalq hüquqa və insani dəyərlərə zidd olduğunu bildirib. MHP lideri həmçinin ABŞ və İsrailin bu hərəkətlərini tənqid edərək, sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Baxçalı deyib ki, Türkiyə vəziyyəti soyuqqanlılıqla izləməli və dialoq vasitəsi ilə həll yollarını dəstəkləməlidir.