AZ

Qonşu ölkələrdə baş verən qarşıdurmalar, münaqişələr, müharibələr regional situasiyaları gərginləşdirə bilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“ABŞ və İsrailin İrana hücumu artıq uzun müddət hibrid müharibəsinin isti fazaya keçməsi anlamına gəlməlidir. Uzun müddətdir ki, söz duelləri və hibrid müharibəsi əsasən də informasiya müharibəsi davam edirdi. Birləşmiş Ştatlar və İsrail İrana hücum edərək İranın siyasi və hərbi elitasını sıradan çıxarmaqla, vəziyyət pik nöqtəyə gəldi. İran qısa müddət ərzində İdarəetmə Şurasının yaradaraq, hərbi rəhbərləri təyin edərək məsələdə özünümüdafiə və ABŞ-ın Körfəzdəki hərbi bazalarına hücum edir və İsrailə raketlər atmaqla qarşılıqlı cavablar verməyə çalışır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, regionda vəziyyət gərgindir və əsasən də burada biz yenə də informasiya müharibəsinin və hibrid müharibəsinin də paralel getdiyini görürük: “Artıq dünya sürətlə dəyişir və müharibələrin formatı da dəyişib. Əsasən yüksək texnologiyalardan istifadə etməklə və dəqiq zərbələr endirməklə tərəflər bir-birinə aid həm bazaları, həm şəxsləri sıradan çıxarmağa çalışır.

Təbii ki, baş verən müharibə bizə də tanışdır. Uzun illər 30 ilə yaxın Azərbaycan həm işğaldan, həm qarşıdurmadan müharibədən əziyyət çəkib. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə riayət etməklə bütün bu məsələləri işğal faktını önləməyə çalışıb. Amma təəssüflər olsun ki, beynəlxalq hüquq bu mənada işləmədi və ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bu vəzifəni özü icra etdi”.

Vüqar İskəndərov

“Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz suverenliyini tam bərpa etdi, müharibəni qələbə ilə başa çatdırdı və bu gün dünyanın ən qürurlu xalqı və ən güclü dövlətlər sırasına daxil oldu. Deputat vurğulayıb ki, regionda baş verən hadisələr təbii ki, bölgəni gərgin vəziyyətdə saxlamaqdadır.Rəsmi Bakı müharibədə iştirak edən tərəfləri sülhə, atəşkəsə çağırır. Yaxın qonşumuz olan İranda baş verən hadisələr bizi də qayğılandırır. Hər bir bölgədə qonşu ölkədə baş verən gərginlik və müharibələr mütləq surətdə regional situasiyaları gərginləşdirə bilər. Azərbaycan stabil ölkə kimi vəziyyəti nəzarətdə saxlayır. Təbii olaraq arzulayırıq ki, müharibə dayandırılsın və tərəflər masaya oturaraq, qarşıda olan problemləri, məsələləri sülh yolu ilə həll etsinlər.

Hazırda Birləşmiş Ştatlar və İsrail İranda rejim dəyişikliyini etmək üçün çalışır. İran isə bütün bunlara qarşılıqlı olaraq cavab verir və bu məsələ təbii ki, hələlik nə ilə yekunlaşacaq bəlli deyil.

Günahsız insanların müharibələrdə ölməsi təəssüf doğurur və düşünürük ki, BMT nin qərarları, bəyanatları işləməlidir və beynəlxalq hüququn normaları prinsipləri icra olunmalıdır.

Hər hansı bir problemlər qarşıya çıxdıqda dövlətlər bütün bu məsələləri BMT çərçivəsində və hüquqla həll etməlidirlər. Hazırda baş verən hadisələr onu göstərir ki, ABŞ İsrail İranda hələlik əməliyyatın müharibənin aparılmasında israrlı görünürlər. İran da bütün bunlara qarşılıq verəcəyini bildirir və paralel olaraq da hibrid müharibəsi də davam edir. Bir çox məlumatlar var. Onların içərisində kifayət qədər feyk məlumatlar da mövcud olur. Təbii ki, cəmiyyət də hansı xəbərin doğru və yanlış olduğunu ayırmağa çətinlik çəkir”-deyən deputat qeyd edib ki, bu səbəbdən də vətəndaşlar da belə məsələdə diqqətli olmalıdırlar, əsasən də informasiya axını içərisində insanlar rəsmi məlumatlara istinad etməli və inanmalıdırlar.

Vüqar İskəndərov hesab edir ki, gərginliyin davam etməsi narahatedici faktdır: “Biz hələlik həm körfəzdə, həm İranda, ümumiyyətlə bölgədə eskalasiyanın daha da böyüməsi təhlükəsini görürük. Çünki İran da körfəz ölkələrində ABŞ-nin bazalarını vurur, İsrailə raketlərlə hücum edir və qarşılıqlı olaraq ABŞ-İsrail ittifaqı yaxın günlərdə İrana yenidən ağır hücumların olacağı ilə bağlı bəyanatlar verir. Ümumi vəziyyət gərgindir. Biz bu mənada tərəfləri sülh masasına oturmağa və gərginliyi danışıqlarla həlli variantının tapılmasında maraqlı olduğumuzu bildiririk”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr