AZ

O da müharibədə bir tərəf seçdi: "İstəsələr, əsgər göndərəcəyik"

ABŞ ilə İran arasında günlərlə davam edən gərginlik və Cenevrədə aparılan diplomatik səylər 28 fevral səhəri İsrailin ABŞ-la yanaşı İrana da hücum etməsi ilə kulminasiya nöqtəsinə çatıb.

Turkustan.az xəbər verir ki, ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlar artıq dördüncü gündür davam edir. İsrail isə Livan ərazisində quru əməliyyatlarını genişləndirmək qərarını açıqlayıb. İranda ölənlərin sayı 787-yə çatıb.

Bütün dünya bölgədə baş verən hadisələri diqqətlə izləyərkən, Burkina Faso lideri, kapitan İbrahim Traore diqqətçəkən açıqlama verib. Traore bildirib ki, müharibədə İranın yanında olmaqdan çəkinmirlər: “İran istəsə, Burkina Faso hərbi yardım göstərməyə hazırdır. Amerikanın cəzasızlıq günləri bitdi.”

Tərəfdarlarının nəzərində Traore ölkəsinin resurslarını xarici güclərin istismarına yönəldən sistemi rədd edən, milli maraqları hər şeydən üstün tutan islahatçı və qətiyyətli lider kimi görünür. Fransanın Afrika siyasətinə qarşı sərt mövqeyi, radikal qərarları və struktur islahatları onu yalnız ölkəsində deyil, bütün qitədə diqqət mərkəzinə çıxarıb.

1980-ci illərdə Burkina Fasonu idarə etmiş əfsanəvi lider Tomas Sankaranın siyasi irsinin davamçısı kimi göstərilən Traore qısa müddətdə Afrikada simvolik liderlərdən birinə çevrilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
1
turkustan.az

2Mənbələr