AZ

Bolqar nazir: Enerji sahəsində olan çağırışların aradan qaldırılması bizdən inamlı tərəfdaşlığı tələb edir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Dünya inanılmaz sürətlə dəyişir. Hətta əvvəlki illərlə müqaysədə proseslər daha sürətlə gedir ki, iqlim çağırışları, geosiyasi gərginliklər, texnoloji nailiyyətlər bizdən transformsiyanı tələb edir. Enerji strateji platformanın davamlı inkişafı, təhlükəsizlik və innovasiyanın mərkəzində dayanır. 2022-ci ilin oktyabrın 1-dən Bolqarıstan Cənub Qaz Dəhlizinin strateji infrastrukturunun vahid hissəsinə çevrilib. Bu baxımdan biz də Avropa ölkələrinin enerji təhlükəsizliyinə dəstək veririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın energetika naziri Trayço Traykov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Boqlarıstan davamlı formada qaz infrastrukrunun modernləşdirilməsi və təbii qaz ötürülmə şəbəkələrinin genişləndirilməsi, həmçinin qonşu ölkələrin qazla təchiz edilməsi baxımından Avropa qaz bazarında özünəməxsus rol oynayır.

“Bu baxımdan biz etibarlı təchizatçılarla işləməyə üstünlük veririk. Bir daha öhdəliyimizi bildirirəm ki, bundan sonra da Cənub Qaz Dəhlizindəki tərəfdaşlığımıza sadiq qalacağıq. Bolqarıstan Şaquli Qaz Dəhlizinin tikintisinə başlayıb. Bu elə bir layihədir k, Cənub-Şərqi Avropada qaz tranziti 50 faiz artacaq. Əlavə qaz həcmlərinin müxtəlif - şərqi, cənub-şərqi və mərkəzi Avropa bazarlarına yönəldilməsinə çalışırıq. Biz çalışacağıq ki, üzv dövlətərə bundan sonra da öz dəsətəyimizi verək. Prioritet ondan ibarətdir ki, Xəzər regionun qaz imkanlarından istifadə edərək qaz təchizatı sayəsində imkanlarımızı təmin edək. Cənub Qaz Dəhlizi nümunəsində görürük ki, enerji sahəsində olan çağırışların aradan qaldırılması bizdən inamlı tərəfdaşlığı tələb edir. Bolqarıstan müxtəlif regional təşəbbüslərin iştirakçısıdır. O cümələdən biz Yaşıl Enerji Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Rumınya və Macarıstanla birgə iştirak edirik. Biz regional enerji əməkdaşlığını genişləndirməliyik. Bu da gələcək üçün yeni, sabit həll variantlarına gətirə bilər”, - deyə bolqar nazir əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr