"Əl-Ərəbiyyə"nin verdiyi məlumata görə, İsrailin MOSSAD xüsusi təyinatlı qüvvələri gecə İrana soxulub.
“Cebheinfo.az” xəbər verir ki, “Xxüsusi təyinatlı qüvvələri dünən gecə İrana soxulub", - deyə məlumatda bildirilir.
Başqa təfərrüatlar verilməyib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehranı və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İranın İsrailə və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına raket və dronlar atdığı bildirilir.
İsrail və ABŞ-nin hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.
2 martda “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücumun başladığını elan edib və Livanın cənubuna daxil olub.