AZ

Səhər saatlarında İrandan 89 nəfər təxliyə olunub

İrandan təxliyə prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saat 9-dan 13-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 89 əcnəbi vətəndaş İrandan təxliyə olunub. Təxliyə olunanlar arasında Çin (74 nəfər), Azərbaycan (6 nəfər), Slovakiya (6 nəfər) və digər ölkə vətəndaşları var.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Seçilən
5
4
yeniazerbaycan.com

5Mənbələr