AZ

“Xamneinin və bir çox liderlərin öldürülməsinə baxmayaraq, ölkədə hakimiyyət boşluğu hiss olunmadı” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İran əsas təhdidin ölkə daxilindən olacağını əvvəlcədən bilirdi və buna görə də risklərə hazır idi. Xamneinin və bir çox hərbi-siyasi liderlərin öldürülməsinə baxmayaraq, ölkədə hakimiyyət boşluğu hiss olunmadı. Görünür, İran keçən müharibədən dərs çıxarmışdı”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov qeyd edib.

Onun fikrincə, bütün rəhbər vəzifələrdə olan şəxslərin öldürülməsinə baxmayaraq, onların yerinə avtomatik olaraq kimlərin keçəcəyi əvvəlcədən müəyyən edilmişdi ki, qərarvermədə və legitimlikdə boşluq yaranmasın.

“Bu səbəbdən İran tez bir zamanda cavab zərbələri endirə bildi.

Ölkədə internetin kəsilməsi də strateji rol oynadı. Bu, iğtişaşların kənardan təşkil olunmasının və idarə edilməsinin qarşısını aldı, həmçinin adi vətəndaşların bilməyərəkdən və ya agenturanın məqsədli şəkildə düşmən raketlərinə hədəf koordinatları və vurulan zərbələrin effektivliyi barədə məlumat yaymasının qarşısını aldı.

Nəticədə müxalifət küçələrə çıxa bilmədi, əksinə, hakimiyyət tərəfdarları küçələrə çıxarıldı və əhali hakimiyyətə həmrəyliyini nümayiş etdirdi. Hazırkı şəraitdə küçələrə kimin nəzarət etməsi ən vacib məsələdir.

Cütlüyün məktəbə raket zərbəsi ilə yüzdən artıq uşağın həyatına son qoyması və təlxək Rza Pəhləvini İrana potensial başçı kimi təbliğ etməsi isə onların əleyhinə işlədi.

Beləliklə, İran cütlüyün yaratdığı əsas təhlükənin qarşısını ala bildi. Əgər bu gün də dünənki kimi inamlı hərəkət edilsə, demək olar ki, İsrail-ABŞ cütlüyü geri çəkilməyə məcbur olacaq”.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Firuzə

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr