AZ

Qadınlar bunu qəsdən edir, ədalətli qərar olmalıdır Deputat

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ölkədə bir çox məsələlərin həlli üçün genişmiqyaslı və köklü islahatlara ehtiyac yoxdur. Ombudsman müəyyən istiqamətlərə xüsusi diqqət yetirməlidir. Belə məsələlərdən biri Azərbaycanda nikah və boşanmaların mövcud vəziyyətidir ki, bu da ürəkaçan deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 2025-ci ilin statistikasına əsasən 40 min nikahın 17 mini boşanma ilə nəticələnib:

“Xüsusilə Bakı şəhərində vəziyyət daha ciddidir – qeydə alınmış nikahların 56 faizi boşanma ilə nəticələnib. Yəni 100 nəfər ailə qurursa, qısa müddət sonra onların 56-sı boşanır.

Boşanma zamanı əksər hallarda məsuliyyət kişilərin üzərinə qoyulur və aliment təyin edilir. Bəzi hallarda isə qadınlar məqsədli şəkildə ailə qurur və uşaq dünyaya gəldikdən sonra aliment almaq məqsədilə süni boşanma tələbi irəli sürürlər. Bu baxımdan, Mediasiya Şurasına əlavə səlahiyyətlərin verilməli, məhkəmələrdə həmin qadınların niyyətləri ilə bağlı rəy bildirməlidir ki, aliment məsələsində daha ədalətli qərarlar qəbul edilsin”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
141
4
globalinfo.az

10Mənbələr