İsrailin xarici kəşfiyyat xidməti “Mossad” xüsusi təyinatlı qüvvələrlə birlikdə İranda quru əməliyyatı keçirib.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb. Kanalın məlumatına görə, hadisələr 2026-cı il martın 1-dən 2-nə keçən gecə baş verib. Lakin İsrail hökuməti, İsrail Müdafiə Qüvvələri və ya İran hakimiyyəti tərəfindən rəsmi təsdiqlənməyib. İsrail hakimiyyəti bununla bağlı heç bir şərh verməyib.
“Əl-Ərəbiyyə” əməliyyatın məqsədlərini, iştirakçıların sayını və ya mümkün nəticələrini açıqlamayıb. Həmçinin əməliyyatların keçirildiyi iddia edilən İran bölgəsinin adını da açıqlamayıb.
Bu açıqlama İsrail və İran arasında 2026-cı ilin fevral ayının sonlarında başlayan böyük bir gərginlik fonunda verilib.