"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, polşalı futbolçu Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qarabağ"la matçında (3:3) 36.2 km/saat maksimal sürətə çatıb. O, cari mövsüm bu göstəricidə Avropa liqalarında çıxış edən oyunçular arasında ən yaxşılardan biridir.
"Hubertonews"un məlumatına görə, Puxaç Ağdam klubu ilə ilə oyundakı sürətinə görə cari mövsüm həm İngiltərə Premyer Liqası, həm də Bundesliqasının hərəsində cəmi 2 futbolçudan geri qalır.
Heybət