AZ

"Şagirdlərimiz ABŞ-də keçirilən beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər"

“Son iki ildə şagirdlərimiz ABŞ-də keçirilən beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər”.

Redaktor.az xəbər verir ki, bunu ARTİ-nin direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində bildirib.

“Müsabiqə öz bəhrini verməkdədir. “Sabahın alimləri” layihəsi riyaziyyat, fizika, kimya, biologiya və digər sahələr daxil olmaqla ümumilikdə 9 istiqamət üzrə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarətdir və bu il ümumilikdə 760 layihə təqdim olunub”, - o qeyd edib.

Aytəkin TOFİQQIZI

Seçilən
7
1
redaktor.az

2Mənbələr