AZ

Zelenskidən Orbanı qəzəbləndirəcək sözlər

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbana qarşıdan gələn seçkilərdə məğlubiyyət arzulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Corriere della Sera”ya verdiyi müsahibədə danışıb.

“İnanıram ki, Orban seçkilərdə məğlub olacaq və bundan sonra Macarıstanla normal münasibətləri bərpa edə biləcəyik. Çünki macar xalqı rusiyapərəst deyil”, – o bildirib.

Zelenskinin sözlərinə görə, Macarıstan beynəlxalq səviyyədə vacib ölkə olsa da, əhəmiyyətli hərbi təsirə malik deyil:

“Orban isə nüfuzlu siyasi qüvvələr ona güc verdikdə mühüm obraz ola bilir”

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
globalinfo.az

1Mənbələr