Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində SEPAH-ın kazarmaları və Piranşəhr kəşfiyyat qərargahı hədəfə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, Bicar bölgəsi SEPAH-ın “Beyt əl-Müqqəddəs” qərargahı və “Həmzə Seyid əş-Şühəda” qərargahı iki dəfə dron hücumlarına məruz qalıb.
Mərivan şəhərində Başmaq sərhədi yaxınlığında yerləşən SEPAH qüvvələri də ABŞ-İsrail koalisiyasının dronlarından buraxılan üç raketlə vurulub.