AZ

Həmin qızlar üçün qazılan MƏZARLAR - FOTO

“Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.

O, Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin vurulması zamanı həyatını itirən 160-dan çox uşağın məzarlarının fotosunu yayımlayıb.

“Bunlar ABŞ və İsrailin ibtidai məktəbin bombalanması nəticəsində həlak olan 160-dan çox günahsız gənc qız üçün qazılan məzarlardır.

Onların meyitləri parça-parça olmuşdu.

Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür. Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilib”, - nazir qeyd edib./qafqazinfo

Gallery

Seçilən
12
1
musavat.com

2Mənbələr