AZ

Manifestin beləsi... Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Türkiyənin “Eyüpspor” klubunun qapıçısı Jankat Yılmazın uşaqlıq illərinə aid video paylaşılıb.

“Qafqazinfo”xəbər verir ki, video Yılmazın 5-ci sinif şagirdi olarkən çəkilib.

Videoda gənc qapıçı gələcək xəyallarından danışıb: “Mən Manuel Noyer kimi olacağam”.

Gündəm olan  görüntülər uşaqlıq xəyallarının arxasınca getməyin və istedadı erkən yaşda inkişaf etdirməyin əhəmiyyətini bir daha xatırladıb.

Sosial şəbəkələrdə yayılan video qısa zamanda minlərlə izləyici tərəfindən bəyənilib və paylaşılıb.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Jankat Yılmaz “Qalatasaray”dan icarə əsasında “Eyüpspor”da oynayır.

Futbola 2015-ci ildə başlayan Yılmaz 2017-ci ildə “Qalatasaray”la həvəskar müqavilə imzalayıb.

2021-2022 mövsümündə “Qalatasaray” U19 komandasında çıxış etməyə başlayan Yılmaz burada 36 oyunda forma geyinib. 2022-ci ilin iyul ayında isə peşəkar müqavilə bağlayaraq klubla uzunmüddətli əməkdaşlığa başlayıb.

2025-2026 mövsümündə Yılmaz “Eyüpspor” komandasında bir mövsümlük icarədədir.

Gənc qapıçı “Qalatasaray”la Super Liqa çempionluqları (2022-2023, 2023-2024), 2023-cü il Super Kuboku və 2024-2025 mövsümündə Türkiyə Kubokunu qazanıb.

Onun kumiri olan Manuel Noyer Almaniyanın ən tanınmış qapıçılarından biridir. O, hazırda “Bavariya” klubunun və Almaniya milli komandasıın əsas qapıçısıdır. Noyer bir neçə dəfə (2011, 2013, 2014, 2015, 2016) Avropanın ən yaxşı qapıçısı seçilib.

Futbola 4 yaşında “Şalke 04” akademiyasında başlayan Noyer 2006-cı ildə Bundesliqada debüt edib. Qısa zamanda komandada əsas qapıçıya çevrilib, 2008-ci ildə “Portu” FK ilə pley-off matçında bir neçə kritik seyv edərək komandası üçün 1/4 finala yüksəlməyə kömək edib. 2010/2011 mövsümündə isə “Şalke 04”ün kapitanı olaraq Çempionlar Liqasının yarımfinalına çıxış edib və Almaniya Kubokunu qazandırıb.

2011-ci ildə Noyer 18 milyon avro + 7 milyon avro bonus müqabilində “Bavariya” klubuna transfer olunub və tarixdə ən bahalı qapıçılardan biri olub. O, həm klub, həm də milli səviyyədə rekord performanslar göstərərək, dünya futbolunun ən etibarlı qapıçılarından biri kimi tanınır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr