Vaşinqton, 3 mart, AZƏRTAC
"İran rejimini məhv etmək hücumlarda əsas məqsəd deyil”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Kapitolda jurnalistlərə açıqlamasında deyib.
"Bu əməliyyatın məqsədləri onların ballistik raket qabiliyyətini məhv etmək və onu yenidən qura bilməmələrini təmin etmək və nüvə silahına sahib olmayacaqlarına əmin olmaqdır”, - deyə bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton