AZ

İranın qara günü: 165 azyaşlı qız üçün məzarlar qazıldı – FOTO

İranın Minaab şəhərində yerləşən məktəbə endirilən zərbə ölkədə dərin hüzn və sarsıntı yaradıb.

NOCOMMENT.az xəbər verir ki, müharibənin ilk günü baş verən hücum nəticəsində 165 nəfərin həlak olduğu bildirilir və artıq onlar üçün qəbiristanlıqda məzarlar qazılıb.

Məlumata görə, ölənlərin böyük əksəriyyəti 7–12 yaş aralığında olan məktəbli qızlardır. Şəhərdə kütləvi dəfn mərasiminə hazırlıq görülür, ailələr isə faciənin şokunu yaşayır.

Yayılan fotodan da aydın görünür ki, zərbənin nəticələri son dərəcə ağır olub. Qəbiristanlıqda yan-yana qazılan çoxsaylı məzarlar ölənlərin sayının həddindən artıq çox olduğunu göstərir. Minaabda baş verənlər artıq müharibənin ilk gününün ən qara səhifələrindən biri kimi qiymətləndirilir.

Musavat.com

de3d2492-1de6-4292-a7e9-16eeb07539f0.jpg

Seçilən
1
1
nocomment.az

2Mənbələr