AZ

Real Betis dən Valentin Qomes üçün inanılmaz hesabat

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müasir futbolda skaut fəaliyyəti artıq sadəcə texniki göstəricilərlə kifayətlənmir. İspaniyanın "Real Betis" klubu bu sahədə inqilabi yanaşma nümayiş etdirir.

Fanat.Az xəbər verir ki, klub argentinalı Valentin Qomesin transferi üçün futbolçunun həm meydandakı, həm də meydandan kənardakı profili barədəgeniş hesabat hazırlayıb.

Sənəddə oyunçunun psixoloji vəziyyəti, sosial media aktivliyi, taktiki sistemlərə uyğunluğu və zədə tarixçəsinin bütün detalları dərindən təhlil edilib. Eyni zamanda, Qomesin fiziki göstəriciləri öz mövqeyində çıxış edən digər rəqibləri ilə müqayisəli şəkildə data əsaslı formada qiymətləndirilib.

Bu cür kompleks yanaşma göstərir ki, böyük klublar artıq transfer riskini minimuma endirmək üçün hər bir xırda detalı belə nəzarətdə saxlayırlar.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr