AZ

İngiltərə millisinə "beyin təmizləyən" ayaqqabılar: 2026-nın gizli silahı?

İngiltərə milli komandası 2026-cı il Dünya Çempionatına qeyri-adi metodlarla hazırlaşır.

Fanat.Az xəbər verir ki, futbolçulara idrak qabiliyyətini artıran və onları "sakit, fokuslanmış" saxlamağa kömək edən xüsusi "neyroelm əsaslı" məşq ayaqqabıları paylanılıb.

Baş məşqçi Tomas Tuxel "The Telegraph"a verdiyi açıqlamada bu texnologiyanın arxasındakı elmi tam bilməsə də, futbolçuların buna inanmasının vacib olduğunu vurğulayıb.

Tuxel zarafatla qeyd edib ki, əgər bu ayaqqabılar iclaslarda diqqəti toplamağa kömək edirsə, deməli İngiltərənin dünya çempionu olacağını indidən demək olar.

Seçilən
74
1
fanat.az

2Mənbələr