AZ

Bu ölkə Venerada həyatın olub olmadığını YOXLAYACAQ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya alimləri perspektivli “Venera-D” missiyası çərçivəsində Venerada həyatın olub-olmadığını yoxlamağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI RAN) elmi rəhbəri Lev Zelenıy bildirib.

Onun sözlərinə görə, missiya zamanı iki aerostat Venera atmosferində ilkin üzvi bioloji işarələri (biomarkerləri) axtaracaq. “Bundan başqa ikinci bir tədqiqat xətti də var səthdə həyatın axtarışı”, - deyə akademik qeyd edib.

Dekabr ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə RAN rəhbəri Qennadiy Krasnikov bildirib ki, Rusiya planlaşdırılan missiya çərçivəsində “rus planetində”  Venerada həyatın markerlərini axtaracaq.

Oktyabr ayında IKI RAN direktorlarından Anatoliy Petrukoviç isə bildirib ki, rus “Venera-D” missiyasının layihələndirilməsi 2026-cı ildə başlayacaq və onun uçuşu 2035-ci ildə baş tuta bilər.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
redaktor.az

2Mənbələr