AZ

Azərbaycan Şərqlə Qərbi birləşdirən etibarlı körpü rolunu oynayır




"Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən və balanslı siyasət nəticəsində ölkəmiz bu gün Şərqlə Qərbi birləşdirən etibarlı körpü rolunu oynayır".

Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva İran ətrafında baş verənlərə diqqət çəkərkən deyib. O bildirib ki, Azərbaycan həm də sabitlik və təhlükəsizlik məkanıdır:

"Azərbaycanın səmasındakı bu intensivlik olduqca düzgün diplomatik kursun real nəticəsidir".

Qeyd edək ki, Yaxın Şərqdə tətbiq olunan müvəqqəti hava məkanı məhdudiyyətləri nəticəsində bir sıra qlobal aviadaşıyıcılar marşrutlarını yenidən planlaşdıraraq Azərbaycan üzərindən uçuş tezliyini yüksəldib. Belə ki, son bir neçə gün ərzində ölkə üzərindən əlavə 150-dən çox tranzit uçuş həyata keçirilib.

Süleyman
Seçilən
14
newscenter.az

1Mənbələr