AZ

Ruslar sərnişin qatarına PUA ilə zərbə vurublar: ölən və yaralananlar var

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün, 2 mart tarixində Rusiya Federasiyası hərəkətdə olan “Ukrzaliznıtsya”ya məxsus mülki sərnişin qatarına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın bərpa üzrə baş nazirinin müavini – icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda düşmən dronu hərəkətdə olan şəhərətrafı qatarın vaqonlarından birinə zərbə endirib. “Təəssüf ki, bir nəfər həlak olub”, – deyə Kuleba bildirib.

Ukrzaliznytsianın ilkin məlumatına əsasən, yaralanan sərnişin xəstəxanaya aparılarkən yolda vəfat edib. Bir nəfər ağır xəsarət alıb, daha beşədək sərnişin isə müxtəlif dərəcəli kəsik xəsarətləri alıb. Digər sərnişinlər həkim müayinəsindən keçirilir.

Qurumdan bildirilib ki, lokomotiv briqadası qatarı təcili dayandıraraq tüstülənməni aradan qaldırıb. Sərnişinlər təxliyə olunub və onlara ilkin tibbi yardım göstərilib.

Zərərçəkənlər Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən tibb müəssisələrinə çatdırılır. Hazırda bütün sərnişinlərin daşınması təşkil edilir.

Qeyd edək ki, fevralın 26-na keçən gecə Rusiya Ukrayna şəhər və icmalarına qarşı növbəti dəfə kütləvi kombinə edilmiş dron və raket hücumu həyata keçirib. Xüsusilə üç vilayətdə dəmir yolu infrastrukturu hədəfə alınıb.

Bundan əvvəl, fevralın 22-də də Rusiyanın Ukraynanın bir sıra regionlarında dəmir yolu infrastrukturuna zərbələr endirdiyi bildirilmişdi. Həmin vaxt iki lokomotivə ziyan dəymişdi. Hücumlar Donetsk, Zaporojye, Nikolayev və Odessa vilayətlərində qeydə alınmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr