Rusiyanın Bakıdakı səfirliyi bildirir ki, 1 mart 2026-cı il tarixində Rusiya vətəndaşlarının Astara keçid məntəqəsindən İran-Azərbaycan sərhədindən mütəşəkkil keçidi başlayıb.
İndiyədək 39 rus vətəndaşı Azərbaycan ərazisinə daxil olub, – Rusiya diplomatik missiyası xəbər verir. Səfirlik həmçinin qeyd edib ki, əməkdaşları Azərbaycan hakimiyyəti ilə sıx əlaqədə Rusiya vətəndaşlarına hərtərəfli yardım göstərməyə davam edir.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfirliyi bir gün əvvəl sosial media səhifələrində Rusiya vətəndaşlarının İslam Respublikasından geri qaytarılmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edən bəyanat dərc edib.
//Samir Qurbanov, Editor.az