AZ

"Expressbank" – Yeni ünvanda

"Expressbank" ASC müştərilərinin rahatlığını düşünərək "Nəsimi" filialını yeni - Bülbül prospekti, 23 ünvanınnda istifadəyə verib.
Müasir bankçılıq standartlarına uyğun dizayn edilmiş bu filialın geniş və rahat xidmət zalı həm fərdi, həm də biznes müştərilərinə çevik xidmət göstərməyə imkan verir. Filialda müştərilərin bütün bank əməliyyatlarını – kreditlərin rəsmiləşdirilməsi, əmanətlərin yerləşdirilməsi, kart sifarişi, eləcə də kassa-hesablaşma xidmətlərini operativ şəkildə həyata keçirməsi üçün hər bir detal nəzərə alınıb. Həmçinin, filialın girişində quraşdırılmış 24/7 xidmət zonası vasitəsilə müştərilər günün istənilən vaxtı müasir NFC ATM və ödəniş terminallarından istifadə edərək müxtəlif bank əməliyyatlarını sərbəst şəkildə icra edə bilərlər. Filialda fiziki şəxslərlə yanaşı, kiçik, orta və böyük sahibkarlıq subyektləri üçün geniş çeşidli biznes bankçılıq xidmətləri də təqdim edilir.Bankın strateji hədəfi rəqəmsal innovasiyaların tətbiqi ilə fiziki xidmət şəbəkəsini təkmilləşdirmək və paytaxtın əlçatan nöqtələrində müştərilərə üstün bankçılıq təcrübəsi təqdim etməkdir. "Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN""Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz. "Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.

Seçilən
0
5
buta.tv

6Mənbələr