AZ

Azərbaycan Rusiya ilə "Şimal-Cənub" dəhlizinin buraxılış qabiliyyətinin artırılmasını müzakirə edib

Azərbaycan ilə Rusiya arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub.

"Far.Az" xəbər verir ki, müzakirələr Rusiya hökumət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Rusiya-Azərbaycan dövlət sərhədindəki buraxılış məntəqələrinin səmərəli işi və onların gələcəkdə daha da modernləşdirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Seçilən
6
1
far.az

2Mənbələr