İtaliya millisinin futbolçusu Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.
"Far.Az" "Caught Offside"a istinadən xəbər verir ki, "Arsenal" 25 yaşlı müdafiəçi ilə maraqlanır.
İtaliyanın "İnter" klubu oyunçu üçün 90-100 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, 2017-ci ildən "İnter"də çıxış edən Bastoni cari mövsüm 33 matçda iki qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.