AZ

Zelenski İrandakı hadisələr fonunda Rusiya ilə danışıqlar barədə

Kiyev, 2 mart, AZƏRTAC

Ukrayna, Rusiya və ABŞ arasında martın əvvəlində Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların davam etdirilməsi hələ təxirə salınmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Heç bir yenilənmiş məlumat yoxdur. Görüşün martın beşindən səkkizinə qədər, təxminən martın beşi-altısında keçiriləcəyi ehtimal edilirdi. O, Əbu-Dabidə planlaşdırılırdı”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar səbəbindən görüşün məhz Əbu-Dabidə keçiriləcəyini təsdiqləmək mümkünsüzdür, buna baxmayaraq, danışıqları heç kim ləğv etməyib.

“Danışıqlar keçirilməlidir, o, bizim üçün vacibdir, biz bu görüşü dəstəkləyirik. Görüş də vacibdir, nəticələr də əhəmiyyətlidir və mübadilə çox mühümdür”, - deyə dövlət başçısı əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
3
1
azertag.az

2Mənbələr