AZ

TRIPP İrana qarşı istifadə edilən vasitəyə çevrilməməlidir Səfir

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan üçün kommunikasiya baxımından imkanlar yaradacaq TRIPP yolu xaricilərin İrana qarşı istifadə edəcəyi bir vasitəyə çevrilməməlidir.

"Unikal" xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami mətbuat konfransında bildirib.

"Dəhliz ideyası suverenlik məsələsində müəyyən güzəştləri nəzərdə tutur ki, bu da Ermənistan və İran üçün məqbul deyildi.

Əgər Ermənistanın maraqlarını təmin edə bilirsə, "Sülh Yollarının Kəsişməsi" adlı layihəni dəstəklədiyimizi bir daha təsdiqlədik. Ermənistan hakimiyyəti həmişə bizə əminlik verib ki, heç bir halda bu yolun hərbi və ya təhlükəsizlik baxımından əhəmiyyəti olmayacaq və bu yolda Ermənistanın suverenliyi qorunacaq. Hazırda Amerikanın belə bir planının olub-olmaması ilə bağlı fərziyyələrə qapılmaq istəmirik. Bizimlə Ermənistan arasında etimad var", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
unikal.az

3Mənbələr