AZ

Körpə dərisi olan aktrisaların tərəf müqabillərinin üzü sallanıb

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli aktrisa Pelin Karahan bu mövsüm seriallardakı obrazların yaş fərqlərini müzakirə edib.

Axşam.az xəbər verir ki, o, aktyor və aktrisalar arsındakı yaş fərqinin vizual olaraq çox nəzərə çarpdığını bildirib:

"Bu mövsüm seriallara baxanda görürük ki, onların yarısından çoxunda kişilər təxminən 40-50 yaşındadır, qadınlar isə 20-25 yaşındadır. Niyə 40 yaşlı bir qadının yanında 20 yaşlı bir kişini qoya bilmirik? Olmaz, çünki bu, əxlaqi qaydalarımıza ziddir. Bəs digəri doğrudur?

İnanın, ekranda da çox çirkin görünür. Baxıram, qızların cildləri körpə dərisi kimidir, yanlarında isə göz ətrafında qırışlar və üz cizgiləri sallanmış kişilər var. Sosial mediada buna etiraz edən çoxlu insan var. Əgər 50 yaşlı bir aktyor rol alırsa, onun yanına 40 yaşlı aktrisa qoy, gəlin, onların sevgisini görək".

Qeyd edək ki, bir müddət əvvəl bu mövzu sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
axsam.az

1Mənbələr