AZ

Asena biabırçı səhnələrindən danışdı Hər şey nəzarət altında idi

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə yayımlanan "Jasmine" serialı ətrafında yaranan qalmaqallar səngimək bilmir. Açıq-saçıq səhnələrinə görə RTÜK tərəfindən cəzalandırılan və yayımı dayandırılan layihənin baş rol ifaçısı Asena Keskinci ilk dəfə məsələyə münasibət bildirib.Demokrat.az xəbər verir ki, ekran işi yayımlandığı ilk gündən "milli və mənəvi dəyərlərə, ümumi əxlaqa zidd" olduğu əsası ilə kəskin tənqid olunmuşdu. Dövlət qurumunun qərarı ilə istehsalçı şirkət cərimələnib və serial ölkə daxilində nümayiş kataloqundan çıxarılıb. Hazırda ekran işi yalnız xaricdə yayımlanır.Nişantaşı rayonunda görüntülənən aktrisa çəkiliş prosesindən və aldığı reaksiyalardan danışıb. O, layihəyə böyük həyəcanla başladıqlarını deyərək bəzi məqamlara aydınlıq gətirib. Asena Keskinci müzakirə edilən səhnələrlə bağlı mövqeyini belə ifadə edib: “Türkiyədə nadir hallarda görülən işlərdən biri idi. Bir az ayağımız büdrədi. Avropa və Amerikada yayım davam edir”.Aktrisa rolunun sərhədlərini öncədən müəyyən etdiyini və çəkilişlərin xüsusi nəzarət altında aparıldığını vurğulayıb. Cəmiyyətin reaksiyasını təbii qarşılayan ifaçı işinin arxasında durduğunu bildirib. O, qalmaqallı kadrlar haqqında “Asena olaraq öpüşməyim yoxdur, həmin səhnələr nəzarətli şəkildi çəkilib. Reallığı əks etdirdiyimiz üçün bunun arxasındayam” deyə qeyd edib.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
demokrat.az

1Mənbələr