AZ

"Deyirlər ki, 42 yaşım var, 17 yaşlı uşağı canlandıracağam"

Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni layihəsi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, aktrisa layihənin adının "17" olduğunu açıqlayıb. Onun sözlərinə görə, bəziləri 42 yaşlı aktrisanın 17 yaşlı obrazı canlandıracağı iddia edir.

"Buna çox güldüm. Layihəmizin adı '17'dir. Mənim üçün deyirlər ki, guya 42 yaşlı qadın 17 yaşlını oynayacaq. Narahat olmayın, o rolu mən oynamıram", - deyə Cavadzadə bildirib.

O, əlavə edib ki, ekran işi hələ ictimaiyyətə təqdim olunmayıb və hazırda tərəf-müqabil axtarışı davam edir.

Aktrisanın açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər layihənin adı ilə bağlı yaranan anlaşılmazlığı şərh edərək, yeni ekran işini maraqla gözlədiklərini bildiriblər.

Musa
Milli.Az

Seçilən
3
1
milli.az

2Mənbələr