AZ

Çin avtomobillərinə tələb azalıb

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa bazarında 2025-ci ildə böyük sıçrayış edən Çin avtomobil istehsalçıları yeni ilə geriləmə ilə başlayıblar. Yanvar ayının nəticələrinə görə, BYD və MG kimi nəhəng markaların bazar payında azalma müşahidə olunub.Demokrat.az bildirir ki, "Dataforce" araşdırma şirkətinin məlumatına görə, Çin markalarının Avropadakı hibrid avtomobil bazarındakı payı yanvarda 15 faizə düşüb. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə təxminən 3 faizlik azalma deməkdir. Tam elektrikli modellərdə də bənzər vəziyyət yaranıb və onların payı 12 faizə qədər geriləyib.Ekspert Yulian Litsinger qeyd edir ki, bu geriləmə 2025-ci ildəki sürətli artımdan sonra baş verən müvəqqəti "tənzimlənmə" xarakteri daşıyır.Buna baxmayaraq, Çin şirkətlərinin Avropada möhkəmlənmə strategiyası davam edir. "Chery Automobile" artıq Barselonada avtomobil yığımına başlayıb, BYD isə Macarıstandakı zavodunda istehsalı artırmağı planlaşdırır. Eyni zamanda Stellantis qrupu ilə Leapmotor arasındakı əməkdaşlığın genişlənməsi Çin texnologiyasının regionda uzunmüddətli qalacağından xəbər verir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
demokrat.az

1Mənbələr