AZ

İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Martın 2-6-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyi çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”,-deyə məlumatda qeyd edilib.

Seçilən
3
22
herbiand.az

10Mənbələr