AZ

Virts “Qalatasaray”la oyuna qədər “Liverpul”a kömək edə bilməyəcək

İngiltərənin "Liverpul" komandasının zədəli futbolçusu Florian Virtsin son durumu bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot məlumat verib.

Mütəxəssis almaniyalı hücumçunun martın 10-dək meydana çıxmayacağını bildirib: “Bizi “Vulverhempton”la iki görüş gözləyir. Martın 4-də Premyer Liqa, 3 gün sonra isə Federasiya Kubokunda oyunumuz var. Virts bu qarşılaşmalarda bizə kömək edə bilməyəcək. Ümid edirəm ki, o, tez zamanda heyətə geri dönəcək”.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm “Liverpul” forması ilə 35 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində martın 10-da səfərdə “Qalatasaray”la üz-üzə gələcək. Cavab görüşü isə martın 18-dən 19-na keçən gecə reallaşacaq.

Seçilən
75
28
unikal.az

10Mənbələr