AZ

“Danışıqlara Türkiyə ev sahibliyi edə bilər” Zelenski

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski  müharibənin başa çatdırılması istiqamətində diplomatik təmasların davam etdiyini açıqlayıb. O bildirib ki, növbəti danışıqlar raundu üçün hazırlıq işləri aparılır.

Zelenski təhlükəsizlik səbəblərinə görə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi variantının gündəmdən çıxarıla biləcəyini bildirib. Onun sözlərinə görə, bu halda danışıqlara Türkiyə və ya İsveçrə  ev sahibliyi edə bilər.

Prezident qeyd edib ki, mart ayının əvvəlində Əbu-Dabidə liderlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır və belə bir görüş bir çox məsələlərin həllinə töhfə verə bilər. O əlavə edib ki, ABŞ, Rusiya və Ukrayna arasında nəzərdə tutulan üçtərəfli danışıqlara hazırlıq davam edir və ABŞ tərəfi ilə təmaslar saxlanılır.

Zelenski həmçinin çıxışında İrandakı müharibəyə də toxunaraq bildirib ki, “İrandakı müharibə diktaturaların necə sona çatdığı barədə Putinə siqnaldır”.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
1
azpolitika.info

2Mənbələr