AZ

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Bakcell” müştəri xidmətlərində tətbiq olunmağa başlayıb.

Publika.az xəbər verir ki, artıq “Bakcell” əməliyyatlarında təhlükəsizlik yoxlaması tələb olunan hallarda müştərilərin şəxsiyyətinin təsdiqi “SİMA KYC”nin üztanıma texnologiyası ilə həyata keçirilir.

Bu yenilik sayəsində rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası rəqəmsal və daha sürətli şəkildə aparılır.

İnteqrasiyanın əsas hədəfi rəqəmsal təhlükəsizliyi gücləndirmək, müştərilərə daha sürətli və etibarlı xidmət təqdim etmək, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddətini qısaldaraq müştəri təcrübəsini optimallaşdırmaqdır.

Seçilən
50
6
publika.az

8Mənbələr