AZ

Emin Cəfərov Kosovo – Cəbəllütariq matçına təyinat aldı – ARENA.AZ

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Emin Cəfərov qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
10
arena.az

10Mənbələr