AZ

Baş Qərargah rəisi açıqladı: İsrail Livana qarşı hücum əməliyyatına başlayıb

İsrail Livana qarşı hücum xarakterli əməliyyata başlayıb. Bu barədə açıqlama verən İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir əməliyyatın bir neçə gün davam edəcəyini deyib.

AZƏRTAC xəbər verir ki, E. Zamir İsrailə qarşı cavab zərbələri endirən Hizbullahın hədəf alınacağını bildirib.

O deyib: “Biz Hizbullaha qarşı hücum əməliyyatına başlamışıq. Uzun müddət davam edəcək qarşıdurmaya hazır olmalıyıq”.

Eyal Zamir onu da əlavə edib ki, İsrail ordusu Livan ərazisinə qarşı fasiləsiz və dalğalar şəklində zərbələr endirəcək.

Bundan əvvəl İsrail ordusunun şimal cəbhəsinin komandanı, briqada generalı Rafi Milo də Hizbullahı hədəf göstərərək Livana qarşı zərbələrin gücləndiriləcəyini açıqlamışdı.

İranın ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra Livanın Hizbullah hərəkatı İranın cavab tədbirlərinə qoşularaq İsrailə raket hücumları həyata keçirib. Hizbullah gecə saatlarında İsrailə qarşı raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürərək, Hayfanın cənubunu hədəf aldığını bildirib.

Buna cavab olaraq, İsrail ordusu Livanın müxtəlif bölgələrinə genişmiqyaslı hava zərbələri endirib.

Seçilən
11
2
azerbaijan-news.az

2Mənbələr